
Son günlər məşhurlar - istər bizim ölkədə, istər qonşu respublikalarda, istərsə də, dünyada hər kəs sosial şəbəkədən aktiv istifadə etməyə başlayıb. Bir-birlərinə mesaj yollamaq, həqarətlər səsləndirmək, təbriklər etmək - bütün bunları məşhurların profillərindən də oxumaq olar.
ANN.Az türk mətbuatına istinadən xəbər verir ki, sosial şəbəkənin aktiv istifadəçisi olan Türkiyənin pop müğənnisi Hilal Cebeci futbolçu Lionel Messiyə islam dinini qəbul etməyi təklif edib. O statusunda belə yazıb: "Əgər Messi sünnət olarsa, ona ərə gedərəm..."
Xatirladaq ki, bu yaxınlarda bu pop müğənni mətbuata Messini çox sevdiyini və onun şərəfinə açıq-saçıq pozlar verməklə fotosessiya çəkdirmiş və bununla da gündəmi zəbt etmişdi.
Qaynar.info