Xəbər lenti

Messi üçün bunu da etdilər
İdman08:26 09.01.2024

Messi üçün bunu da etdilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
MLS-də "İnter Mayami" ilə qarşılaşacaq "Sportinq Kanzas Siti" oyunun stadionunu dəyişib.
 
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubun rəsmi saytında xəbər verilib. Buna səbəb rəqib azarkeşlərin "İnter Mayami"nin üzvü Lionel Messiyə böyük maraq göstərməsi olub. Komandanın ev oyunlarını keçirdiyi arena 18 min nəfərlik tutuma malik olsa da qarşılaşma 76 min yerlik "Arrowhead Stadium"da gerçəkləşəcək.
Qarşılaşma aprelin 14-də, MLS-in səkkizinci turu çərçivəsində keçiriləcək.
Səbuhi Həsənov