Xəbər lenti

Messi və Ronaldonun üz-üzə gələcəyi matça nə qədər bilet satılıb?
İdman06:35 19.01.2023

Messi və Ronaldonun üz-üzə gələcəyi matça nə qədər bilet satılıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbolun canlı əfsanələri - Lionel Messi və Kriştiano Ronaldo yenidən üz-üzə gələcək.
Qaynarinfo xəbər verir ki, PSJ ilə yoldaşlıq görüşündə "Əl-Nəsr" və "Əl-Hilal" komandalarının ulduzalrı meydana çıxacaq. Messi və Ronaldonun bəlkə də sonuncu dəfə üz-üzə gələcəyi bu oyuna böyük maraq var. İki superulduzun qarşılaşacağı matça 2,66 milyon dollarlıq bilet satılıb. 
Səudiyyə Ərəbistanından olan iş adamı Ər-Riyadda keçiriləcək yoldaşlıq oyunu üçün 10 milyon riyal (2,66 milyon dollar) dəyərində xeyriyyə hərrac bileti alıb. Səudiyyə Əyləncə Təşkilatının rəhbəri Turki Əl-Şeyx biletlərin çıxarıldığı hərracı məhz sözügedən iş adamının qazandığını açıqlayıb. Bununla yanaşı, təbliğat məqsədi daşıyan biletlərin sahibləri həm də oyunçularla görüşmək imkanı əldə edib.
Oyun üçün satışa çıxarılan biletlərin hamısı satılıb. Sözügedən görüş bu gün Bakı vaxtı ilə saat 21:00-da Ər-Riyaddakı 70 min tamaşaçı tutumuna malik "Kral Fəhd Beynəlxalq Stadionu"nda keçiriləcək.
Argentinalı və portqualiyalı ulduzlar sonuncu dəfə 2020-ci il dekabrın 8-də rəqib kimi qarşılaşb. Çempionlar Liqasının qrup mərhələsinin son turuna təsadüf edən matçda Messi "Barselona”nın, Ronaldo isə İtaliya "Yuventus”unun formasını geyinib. İspaniyada baş tutan, Ronaldonun iki dəfə penaltidən qol vurduğu oyunda "Yuventus” 3:0 hesablı qələbəyə sevinib.
Səbuhi Həsənov