Argentinalı futbolçu "Hetafe" ilə oyunda dubl edibFutbol İspaniya "Kral Kuboku" çərçivəsinbə keçdirilən "Barselona" "Hetafe" oyununda birincilər 2-0 hesabı ilə qalib gəliblər.
ANS PRESS-in məlumatına görə, Kataloniya təmsilçisi ilk matçda 4-0 hesabı ilə qalib gəldiyi matçın cavab oyununda Messi gecəyə damğa vurub. Argentinalı futbolçu oyunda dubl edib. Futbolçunun 2-ci qolu xüsusilə gözəl alınıb. Messi mərkəzdən topu qəbul edərək müdafiəçiləri arxada qoyub və qolkiperi də aldadaraq topu tora göndərib.
"Barselona"da braziliyalı oyunçu Neymar 28-ci dəqiqədə zədələnərək meydanı tərk edib.
Qaynar.info
Getafe - Barcelona Highlights HD 16.01.2014 by FCBHDWorld