Xəbər lenti

Messidən maraqlı açıqlamalar
İdman13:49 12.09.2013

Messidən maraqlı açıqlamalar

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Barselona"nın futbolçusu Lionel Messi UEFA-nın rəsmi saytına maraqlı açıqlamalar verib.

Qol.Az-ın məlumatına görə, argentinalı hücumçu bu il "Avropanın ən yaxşı futbolçusu" mükafatının Frənk Riberiyə verilməsini belə qiymətləndirib:

"Bu mükafatı onun almasına məyus olmadım. Avropanın ən yaxşı üçlüyü arasında göstərilmək və bu yarışın içində olmaq da şərəfdir. Çoxlu sayda yaxşı oyunçu və onların arasında mənim adımın olması sevindiricidir. Riberi bu mükata layiq idi".

Çempionlar Liqasında düşdükləri qrupu da dəyərləndirən Messi turnirin onlar üçün çətin keçəcəyini deyib: "Çox çətin qrupdur, amma istəyimizə nail olacağımızı bilirəm. Çempionlar Liqasını qazanmaq çox çətindir. Çünki əvvəldən axıra kimi güclü rəqiblərlə mübarizə aparmalısan".

Qaynar.info