Xəbər lenti

Messidən "Qızıl top" açıqlaması
İdman05:40 15.01.2014

Messidən "Qızıl top" açıqlaması

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Messi keçdiyimiz il yaşadığı zədələnmələr səbəbiylə rəqiblərindən geridə qaldığını ifadə edib

“Ağlamağı son dərəcə normal idi. Çox duyğusal anlar yaşadı”. Ronaldo haqqında bu sözləri Messi bildirib.

ANS PRESS-in Türkiyə mediasına istinadən məlumatına görə, ilin ən yaxşı futbolçusu səsverməsində Ronaldodan geridə qalan Argentinalı ulduz rəqibini təbrik edib.

Messi Sürixdə reallaşan təqdimat mərasimindən sonra jurnalistlərə açıqlamasında, həm özünün, həm də Riberi ilə Ronaldonun səmərəli bir il geridə qoyduqlarını dilə gətirib.

Ronaldonu qazandığı üçün təbrik edən və "bu mükafata layiq idi" deyən Messi, keçdiyimiz il yaşadığı zədələnmələr səbəbiylə rəqiblərindən geridə qaldığını ifadə edib. Argentinalı ulduz həmçinin, ard-arda yeddinci dəfə ən yaxşı üç futbolçu arasında göstərildiyi üçün çox xoşbəxt olduğunu da bildirməyi unutmayıb.


Qaynar.info