Xəbər lenti

Messinin futbol karyerası təhlükə altında - ŞOK
İdman18:43 11.11.2013

Messinin futbol karyerası təhlükə altında - ŞOK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Barselona" klubunun futbolçusu Lionel Messinin zədəsinin ciddi olduğunu ortaya çıxıb.Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, dünən La Liqada "Betis"lə matçda meydanı erkən tərk etmək məcburiyyətində qalan argentinalı hücumçunun sol əzələsində problem olduğu bildirilib.

Bu səbəbdən ulduz oyunçunun 6-8 həftə yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Qeyd edək ki, Messi sonuncu dəfə "Almeriya" ilə matçda zədələnmişdi. Həmin vaxt o, 3 həftə forma geyə bilməmişdi. Artıq üçüncü dəfə eyni problem səbəbindən matçlarda iştirak edə bilməyəcək Messinin futbolçu  karyerasının təhlükədə olduğu iddia edilir.

Qaynar.info