"Barselona"nın kapitanı Lionel Messi klubu tərk etmək istəyir.
Qaynarinfo Sports.ru-ya istinadla xəbər verir ki, jurnalist Onda Cero Alfredo Martinezin sözlərinə görə, argentinalı son qərarını verib. Xosep Bartomeu "Barselona"nın prezidenti postundan ayrılsa da, onun qərarı dəyişməyəcək.
Bundan əvvəl Kataloniya klubunun texniki katibi Ramon Planes "Barsa"nın Messidən ayrılması variantını nəzərdən keçirmədiyini bildirib.
Messi uğrunda mübarizə aparan favoritlərin "Mançester Yunayted" və PSJ olduğu bildirilib, futbolçunun özününsə "Mançester Siti"yə keçmək istədiyi deyilir.
Xatırladaq ki, dünən Messi klubu dəyişdirmək istədiyini "Barsa”ya faksla göndərmişdi.
Alpər