Xəbər lenti

Messinin yeni baş məşqçisinin adına aydınlıq gəldi
İdman05:52 29.06.2023

Messinin yeni baş məşqçisinin adına aydınlıq gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Lionel Messinin transferi ilə gündəmə gələn "İnter Mayami"nin yeni baş məşqçisi müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, klub dünya çempionatından sonra Meksika millisindən istefa verən Xerardo 'Tata' Martinonun baş məşqçi vəzifəsinə gətirildiyini elan edib. 
Argentinalı mütəxəssis karyerasına 1998-ci ildə "Brovn Arresifes"də başlayıb. 60 yaşlı məşqçi daha sonra "Platense", "Sentral Kordoba", "Libertad", "Serro Porteno", "CA Kolon", "Atlanta Yunayted", "Neuell's Old Boyz", "Barselona", həmçinin ​​Paraqvay, Argentina və Meksika millilərini çalışdırıb. 
Səbuhi Həsənov