PSJ-nin hücumçusu Lionel Messi 2023-cü ilin yayında ABŞ-ın "İnter Mayami" klubuna keçəcək.
Xəbərə görə, 34 yaşlı futbolçu həm də klubun səhmdarına çevriləcək. O, "İnter Mayami"nin 35% səhmlərinə yiyələnəcək. Messi Devid Bekhemə məxsus olan franşizaya qoşulmaq üzrədir.
Qeyd edək ki, argentinalı forvard gələn mövsümün sonuna qədər Fransa klubunda çıxış edəcək.
Messi karyerasına "Barselona"da başlayıb və 2000-2021-ci illərdə bu kluba məxsus olub. Argentinalı ulduz 2021-ci ilin yayında PSJ-yə keçib.
Aydın