Xəbər lenti

Messiylə görüşmək üçün baldırını göstərdi - FOTO
İdman09:35 29.03.2016

Messiylə görüşmək üçün baldırını göstərdi - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyanın ən yaxşı futbolçusu Lionel Messinin diqqətini çəkmək üçün çilili xanım fanat maraqlı üsula əl atıb. Karla Miranda onun simasını baldırına tatu etdirib.

Qaynar.info publika.az-a istinadən xəbər verir ki, Leonun çılğın fanatı olan Karla onunla görüşmək üçün təhlükəsizlik xidmətinin işçilərinə öz baldırında olan Messinin boyuk tatusunu göstərib.

Bir neçə gün əvvəl DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Argentina millisinin Çili üzərində 2:1 hesablı qələbəsinə baxmayaraq, Karlanın üzündə təbəssüm var idi. Cunki o, oyundan sonra argentinalı hücumçuyla onun dincəldiyi "Radisson Petra Hotel"də görüşəcəkdi.

Qaynar.info