
Mətbuat Şurası “Onlayn media: peşəkarlıq və məsuliyyət” mövzusunda “dəyirmi masa” keçirəcək
Sabah, 27 fevral 2014-cü il tarixdə saat 12:00-da Azərbaycan Mətbuat Şurasında “Onlayn media: peşəkarlıq və məsuliyyət” mövzusunda “dəyirmi masa” keçiriləcək.
“Dəyirmi masa”da Azərbaycan Mətbuat Şurasının elan etdiyi “İnternet media ili” çərçivəsində nəzərdə tutulacaq işlər barədə məlumat veriləcək, eyni zamanda internet üzərindən yayımlanan kütləvi informasiya vasitələrimizdəki mövcud peşəkarlıq xüsusiyyətlərinə, internet media ilə bağlı qlobal miqyasdakı təzahür formalarına diqqət yetiriləcək.
Tədbirdə MŞ İdarə Heyətinin üzvləri, onlayn xəbər portallarının baş redaktorları, kütləvi informasiya vasitələrinin nümayəndələri, həmçinin jurnalist təşkilatlarının təmsilçiləri və müstəqil ekspertlər iştirak edəcək.
Qaynar.info