Xəbər lenti

Mətbuat xidmətləri qanunu niyə tapdayır: Reallıq necədir və necə olmalıdır? (EKSPERT)
Ölkə10:03 12.02.2020

Mətbuat xidmətləri qanunu niyə tapdayır: Reallıq necədir və necə olmalıdır? (EKSPERT)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmlinin mətbuat xidmətlərinin işi, vəzifə və borcları ilə bağlı Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Qulu müəllim, Azərbaycan mətbuatı böyük bir problemlə üz-üzədir. Jurnalistin işi xəbər yazmaq, baş verən, yaxud da aldığı məlumatı dəqiqləşdirməkdir. Ancaq nazirliklərin və özəl sektorların mətbuat xidmətləri ilə əlaqə qurmaq problemə çevrilib. Onlar ya məlumat verməkdən yayınır, ya telefona cavab vermir... 
- İstər dövlət qurumlarında, istərsə də özəl sektorda mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqə şöbələri ona görə yaradılır ki, hər hansı baş verən hadisə ilə bağlı həmin qurumlar ictimaiyyətə məlumat versin. Qanundan irəli gələn vəzifə ondan ibarətdir ki, bütün dövlət qurumları jurnalistlərin yazılı və ya şifahi müraciətlərini ən qısa müddətdə cavablandırsınlar. Təəssüf ki, bu gün bizdə mətbuat xidmətləri formal qurum olaraq mövcuddur. 
- Bu bütün mətbuat xidmətlərinə aiddir?
- Əlbbətə ki, istisnalar var. Bəzi dövlət qurumlarında ya mətbuat xidmətlərinin rəhbərləri operativ işləyir, dolğun olmasa da, ictimaiyyəti vaxtında məlumatlandırır. Məsələn, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və başqalarından mətbuata tez-tez məlumatlar sızdırılır. Yəni, bu qurumlara lazım olanda istədikləri məlumatları operativ şəkildə ictimaiyyətə verirlər. Amma bu qurumlar mətbuata lazım olanda isə jurnalistlər çətinliklərlə qarşılaşır. Hesab edirəm ki, bununla bağlı nə qədər müzakirə aparılsa da, belə mətbuat xidmətlərinin rəhbərləri öz funksiyalarını lazımi səviyyədə yerinə yetirə bilmirlər. Əlbəttə, bu məsələdə nazirliklərin və komitələrin mətbuat xidmətlərində çalışanları birbaşa ittiham eləmək doğru deyil. 
- Niyə? Axı vəzifəyə bir başa onlar cavabdehdir…
- Əlbəttə, vəzifəyə cavabdehdirlər. Amma onlar müstəqil deyillər. Hər bir halda onlar qurum rəhbərinin göstərişi ilə hərəkət edirlər. Bu mənada informasiya almaq çatının problemi həmin qurumun rəhbərləridir. Onlar hər hansı problemli məsələ olanda bütün cəhdləri ilə bunu ictimaiyyətdən gizlətməyə çalışırlar. Amma bu yalnışdır. Baş verən hadisələrlə bağlı döğru və vaxtında informasiya verilməlidir. Onlar təkcə təşviqat işi aparmalı deyillər, eyni zamanda mediyanın suallarını cavablandırmalıdırlar. Hesab edirəm ki, bu məsələ ilə bağlı mühim tədbirlər görülməlidir. 
- Bir var döğru, bir də var yalnış, şayiə və böhtan xarakterli məlumatlar… Onlar mediayaya necə çıxır? Sizə elə gəlmirmi ki, bunların da səbəbkarı mətbuat xidmətləridir?
- Jurnalistlər məlumatı vaxtında əldə edə bilmirlər. Ona görə yalnış, şayiələr, bəzi hallarda böhtan və sensasiya xarakterli məlumatlar yayılır. Həmin məlumatlar bir növ ictimaiyyətə təsir edir. Ona görə ən düzgün yol vaxtında və düzgün formada məlumatı mediayaya çatdırmaqdır.
 - Mətbu orqan, konkret desək, jurnalist vaxtında nazirliklərdən və komitələrdən məlumat ala bilmirsə, onun günahı kimdədir? Mətbuat orqanda, yoxsa jurnalistin müraciət etdiyi nazirlikdə?
- Bir başa jurnalistin müraciət etdiyi informasiya mənbəyi olan mətbuat xidmətində. Onlar mətbuata yalnış informasiya verdiyinə görə, birbaşa məsuliyyət daşıyır. Əgər qurum vaxtında məsələyə münasibət bildirmirsə, xəbər yalan və natamam şəkildə mediaya çıxır və sürətlə yayılır. Bax buna görə də məsuliyyət nazirliklərin mətbuat xidmətlərinin üzərinə düşür.
- Bütün mediada adı ən çox hallanan Səhiyyə Nazirliyinin mətbuat xidmətidir. Xidmətin rəhbəri Pərviz Abubəkirov jurnalistlərinin telefonlarını götürmür. O, öz vəzifəsini və özlərinə lazım olan məlumatları nazirliyin soşial şəbəkə səhifəsində yaymaqla bitmiş hesab edir…
- Normal ölkələrdə mətbuat xalqın, cəmiyyətin özü-özüylə söhbətidir. Əgər bir ölkədə mətbuat xidməti və digər mətbuat daşıyıcıları məlumatları gizlədirlərsə, jurnalistlərin telefonlarına normal cavab vermirsə, yaxud da blok edirlərsə, söhbət istədiyin kimi alınmır. İndiki halda qanunvericiliyə görə, informasiya ombudsmanı olmalıdır. Və o, bu kimi işlərlə məşğul olmalıdır. Belə olan hallarda ombudsmana şikayət olunmalıdır. İkinci yol isə məhkəmədən keçir. Əlbəttə ki, arzuolunandır ki, belə hal olmasın, mətbuat xidmətlərinin rəhbərləri jurnalistlərlə münasibətini yaxşı səviyyədə saxlamalıdır. Çünki söhbət qarşılıqlı informasiya mübadiləsindən gedir. Nazirliklər lazım olan halda məlumatı mediaya çıxmasını istəyirsə, onda media sizə yardımçı olur. Yaxud əksinə, media hər hansı məlumatı dəqiqləşdirmək istəyirsə, qurum medianın köməyinə yetməlidir.
Bahar Rüstəmli