Xəbər lenti

Meteohəssas insanların nəzərinə
Ölkə18:20 30.07.2019

Meteohəssas insanların nəzərinə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanası gözlənilən kosmik hava proqnozunu açıqlayıb.
Rəsədxanadan Trend-ə bildirilib ki, geomaqnit sahə ümumən çox sakitdir. Sabah da Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.
Enerjili elektron selinin də normal səviyyədə qalacağı proqnozlaşdırılır.
Sabah Günəş küləyi parametrlərinin ümumən sakit rejimə uyğun olacağı, fasilələrlə azacıq güclənəcəyi gözlənilir.
Maqnit qasırğasının yaranması ehtimalı isə 1%-dən aşağı qiymətləndirilir.