
"Çelyabinsk" adlı meteorit parçası 2.1 milyon rubla hərraca çıxarılır
Siyasət Rusiyada çəkisi 3,4 kiloqram olan meteroit parçası satılır. Ans Press-in Rusiya mətbuatına istinadən məlumatına görə, Çelyabinsk şəhərinin sakini metroit parçasını 2.1 milyon rubla (51 min manat) satmaq istəyir.
Meteroit parçasının həqiqiliyi Çelyabinsk Dövlət Universitetinin ekspertləri tərəfindən təsdiq olunub. Aleks Usenkov adlı Çelyabinsk şəhər sakini bu ilin fevralın 15-də tapdığı metroit parçasının tezliklə satmağa ümid edir.
"Çelyabinsk" adlı meteorit parçası oktyabrın 4-də hərraca çıxarılacaq. Metroiti şəhər müzeyi alıb, kolleksiyalarına əlavə etmək istəyir.
Qaynar.info