Xəbər lenti

Metro avqustun 5-dək işləməyəcək
Ölkə16:12 17.07.2020

Metro avqustun 5-dək işləməyəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Avqustun 5-dək davam edəcək xüsusi karantin rejimi dövründə Bakı metrosu da fəaliyyət göstərməyəcək. 
Qaynarinfo xəbər verir ki, həmçinin xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılacaq:
25 iyul saat 00:00-dan 27 iyul saat 06:00-dək;
1 avqust saat 00:00-dan 3 avqust saat 06:00-dək;
Qeyd edək ki, Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarında isə mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il 5 avqust saat  06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi davam edəcək.