Xəbər lenti

Metro nə vaxt açılır? (Rəsmi)
Ölkə15:23 01.05.2020

Metro nə vaxt açılır? (Rəsmi)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Metronun açılması hazırda müzakirə mövzusudur".
Bunu Qaynarinfo-ya açıqlamasında "Bakı metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metro epidemioloji vəziyyətdən asılı olaraq açılacaq:
"Metronun açılması ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah elan edəcək. Hazırda müzakirələr bu  istiqamətdə aparılır. Bizim işimiz isə metronu işlək vəziyyətdə saxlamaqdır ki, hər an qərar veriləndə sərnişinlərə xidmət edə bilək”. 
Bəxtiyar Məmmədov qeyd edib ki, metroda hərəkətin təşkili ilə bağlı nüanslar ola bilər:
"Bu da Operativ Qərargahla müzakirə edirik. Mütəxəsizlərin qiymətləndirilməsindən  sonra metronun açılıb-açılmayacağı  barədə qərar veriləcək".
Bahar Rüstəmli