
Metro stansiyalarının keçidlərindəki ticarət köşklərinin sökülməsi ilə bağlı ticarətçilərin təşkil etdikləri aksiya davam edir.
"Axar.az"ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarətçilər onlara martın 27-dək vaxt verilməsinə baxmayaraq, köşklərinin dünəndən bəri sökülməsinə etiraz edirlər.
Bununla yanaşı etirazçılar köşklərin təmiri üçün Metropoliten rəhbərliyinə verdikləri 1100 manat pulun geri qaytarılmasını tələb edirlər.
Etirazçılardan iki nəfər danışıq aparmaq üçün rəhbərliyin yanına aparılıb.
***
Metronun “Neftçilər” stansiyasında köşkləri yığışdırılan satıcılar hazırda “Bakı Metropoliteni” QSC-nin binası qarşısında aksiya keçirirlər.
Onlar metropolitenin rəisi Zaur Hüseynovla görüşməyi tələb edirlər.
Virtualaz.org saytının hadisə yerində olan əməkdaşı xəbər verir ki, təxminən 50-60 satıcı Z.Hüseynovla görüşmədən ərazini tərk etməyəcəklərini deyir.
Şikayətçilər köşkləri üçün ödədikləri vergi rusumunun geri qaytarılmasını tələb edirlər.
Satıcıların sözlərinə görə, digər stansiyalarda alver edənlərin vergi ödənişi geri qaytarılıb.
Ərazidə çoxlu sayda polis əməkdaşı var. Əlavə məlumatlar verəcəyik.
Qaynar.info






