Xəbər lenti

Metroda qatarın altına düşən oğlan BDU tələbəsi imiş
Ölkə11:58 06.03.2014

Metroda qatarın altına düşən oğlan BDU tələbəsi imiş

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı metrosunun “Ulduz” stansiyasında özünü qatarın altına atan şəxs danışıb. 

Respublikanın baş travmatoloqu, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev Milli.Az-a açıqlamasında bildirib ki, hələlik şəxsiyyəti məlum olmayan yaralı bir anlıq özünə gəlib, sonra yenə onunla əlaqə kəsilib.

Bir neçə saniyə ərzində ayıq olan xəstə yalnız özünü öldürmək istədiyini deyə bilib. Adını da desə də, nə demək istədiyi anlaşılmayıb. 

Direktorun sözlərinə görə, hazırda xəstə ayılmayıb, yaxınlarının gəlməsi gözlənilir. Yaralının qolu amputasiya olunub, dili qopub və yerinə tikilib.

Xatırladaq ki, martın 5-də saat 17 radələrində “Ulduz” sytansiyasında 20-25 yaşlarında kişi qatarın perrona girişi zamanı özünü relsin üzərinə atıb. Hadisə nəticəsində gənc ağır bədən xəsarəti alıb. Onun sağ qolunun bir hissəsi bədənindən ayırılıb. 

Qaynar.info