Xəbər lenti

Metroda qrafik dəyişdi: Bu gün qatarlar gecikəcək
Ekonomiks 09:23 22.04.2026

Metroda qrafik dəyişdi: Bu gün qatarlar gecikəcək

Bu gün Bakı Metropolitenində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.

"Bakı Metropoliteni" QSC-dən Qaynarinfo-ya verilən məlumata görə, bu səbəbdən 22 aprel tarixində bütün xətlər üzrə qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil olunacaq.

Qatarların hərəkət intervalları belə müəyyən edilib:

"Əhmədli–28 May” xətti üzrə – 2 dəqiqə 30 saniyə
"28 May–Dərnəgül” xətti üzrə – 5 dəqiqə
"28 May–İçərişəhər” xətti üzrə – 5 dəqiqə

Digər istiqamətlər üzrə hərəkət cədvəlləri buradan https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli

Qeyd edilib ki, Bakı Metropolitenində ötən gün baş verən texniki insidentlə bağlı ətraflı araşdırmalar davam etdirilir. Hadisənin ilkin qiymətləndirilməsi aparılıb və müvafiq texniki və təşkilati yoxlamalar həyata keçirilir.

Xatırladaq ki, ötən gün 12:10 radələrində metroda texniki nasazlıq yaranıb və bütün stansiyalara giriş dayandırılıb. Bir saatdan sonra problem aradan qaldırılıb, stansiyalara giriş bərpa edilib.
 
***
 
Bakı Metropoliteni QSC-dən verilən məlumata görə, bu gün qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təşkil edilib. Hazırda metronun bir sıra stansiyalarında, xüsusilə "20 Yanvar”, "İnşaatçılar”, "28 May” və "Koroğlu”da sərnişin axınının artdığı, platforma və keçidlərdə sıxlığın yarandığı müşahidə edilir.
--> -->