Xəbər lenti

Metroda siqaret çəkən polis cəzalandırılacaq - RƏSMİ
Ölkə07:28 30.07.2014

Metroda siqaret çəkən polis cəzalandırılacaq - RƏSMİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xəbər verdiyimiz kimi, bir polisin Metropolitendə siqaret çəkməsini əks etdirən foto yayılıb. Facebook sosial şəbəkəsində “Sancaq” adlı səhifənin yazdığına görə, həmin foto bir neçə gün öncə “İnşaatçılar” metro-stansiyasında çəkilib.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropolitenin Mühafizəsi üzrə Polis Şöbəsinin rəis əvəzi mayor Əliyev bildirib ki, yayılan foto ilə bağlı onlarda da məlumat var:

“Dediyiniz fotodan bizim də xəbərimiz var. Bu hal barəsində daxili nizamnaməyə uyğun olaraq tədbir görüləcək”.

Qeyd edək ki, polis əməkdaşlarının metroda siqaret çəkməsi ilə bağlı bu günə qədər bir neçə foto yayılıb. 

Qaynar.info