Xəbər lenti

Metroların qarşısında tıxac yaradan avtobuslar - VİDEO
Ölkə20:15 07.10.2016

Metroların qarşısında tıxac yaradan avtobuslar - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
30, 50 və 64 saylı xətt üzrə hərəkət edən marşrutların son dayanacaq yeri “Neftçilər” metrostansiyasının yaxınlığıdır. Nəqliyyat vasitələrinin və əhalinin sıx olduğu həmin ərazidə avtobusların bu cür toplaşması tıxaclara və narahatlıqlara səbəb olur.
Avtobus sürücüləri deyir ki, son dayanacaq kimi sözügedən ərazi təyin edildiyi üçün avtobusları da orada saxlamaq məcburiyyətindədirlər.
Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, hazırda qurumun əməkdaşları tərəfindən araşdırma aparılır və həmin marşrut avtobuslarının son dayanacaq nöqtəsi yaxın vaxtlarda dəyişdiriləcək. Qara Qarayev prospekti ilə hərəkət edən marşrutlarda optimallaşdırma tədbirləri də aparılacaq.(Xəzər Xəbər)
Qaynarinfo.Az