İdman 12:35 03.02.2023

Meyson Qrinvud bəraət aldı

İngiltərə Premyer Liqa komandalarından olan "Mançester Yunayted"in futbolçusu Meyson Qrinvud barəsində olan ittihamlar geri götürülüb və futbolçu sonra bəraət alıb.

Qaynarinfonun məlumatına görə, İngiltərə Krallığı Prokurorluğu tərəfindən verilən açıqlamada Qrinvudun işində əsas rol oynayan, təcavüz, hücum, təhdid və fiziki zərər kimi ittihamlarla mühakimə olunduğu ifadələrin sonradan müttəhimlər tərəfindən geri götürdükləri bildirilib. Açıqlamada Qrinvuda qarşı irəli sürülən ittihamların götürüldüyü və yeni dəlillər nəzərə alınaraq ona bəraət verildiyi bildirilib.

Keçmiş sevgilisinin sosial şəbəkədə paylaşdığı foto, video və səs yazılarından sonra Qrinvud ötən il yanvarın 30-da zorlama və ölümlə hədələmə iddiaları ilə həbs edilmiş, sonradan girov qarşılığında zaminə buraxılmışdı. Davam edən məhkəmə prosesi səbəbilə həbs olunduğu ilk gündən etibarən "Mançester Yunayted"in məşqlərinə, eləcə də matçlarına aparılmayan 21 yaşlı futbolçu girov şərtlərini yerinə yetirmədiyi və həbs edildiyi üçün oktyabr ayında saxlanılmış, sonra yenidən sərbəst buraxılmışdı.

Səbuhi Həsənov