Xəbər lenti

Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Ekspert
Ekonomiks08:35 10.06.2022

Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyun ayının ikinci ongünlüyü başlasa da, bazarlarda hələ də mövsümü meyvələrin və tərəvəzlərin qiyməti yüksək həddə qalır. Tezliklə qiymətin əvvəlki illərdə olduğu kimi ucuzlaşacağı gözlənilsə də, bu baş vermir.
Bəs qiymət artımının səbəbi nədir?
Kənd təsərrüfat üzrə ekspert Vahid Məhərrəmov Qaynarinfo-ya açıqlamasında bunun səbəblərindən danışıb. Ekspertin bildirib ki, qiymətləri bazar tənzimləyir:
"Qiymətlərlə bağlı məsələni alıcı və satıcı həll eləmir. Qiymətləri həmişə bazar tənzimləyir. Bazarlarda məhsul bol olan kimi qiymətlər düşür, əksi baş verəndə isə qalxır. Məsələn, gilas bu il keyfiyyətcə çox aşağıdır, qiyməti isə yüksəkdir. Bu o deməkdir ki, bu il kifayət qədər məhsul yoxdur, həm də keyfiyyətsizdir. Məhsul az olduğundan bazarlarda gilasın qiyməti yüksəkdir, xaricdən də gətirilən məhsul çox baha olacaq”.
Vahid Məhərrəmovun fikirincə, istəlinən halda havanın necə keçməsi də müəyyən qədər qiymətlərə təsir edir:
"Amma aqrotexniki qaydalara əməl etməklə məhsuldarlığı artırmaq, stres amillərdən bitkini qorumaq mümkündür”.
Bahar Rüstəmli