Xəbər lenti

“Meyvəli bazar”da anbarları su basdı (AÇIQLAMA/VİDEO)
Ölkə11:43 05.04.2020

“Meyvəli bazar”da anbarları su basdı (AÇIQLAMA/VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sədərək Ticarət Mərkəzi yaxınlığında kanalizasiya boruları partlayıb.  
Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, ötən gecə baş verən hadisə nəticəsində "Meyvəli bazar”ın anbarlarını su basıb.  
Hadisə nəticəsində sahibkarların mallarına ciddi ziyan dəyib.  
Məsələ barəsində əməkdaşımız "Azərsu” ASC ilə əlaqə saxlayıb.  
ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında bildirib ki, orada qurumun heç bir infrastrukturu yoxdur: "Orada ASC- yə məxsus kanalizasiya xətti, kollektoru yoxdur. Çox güman ki, baş verən hadisə dünən yağan yağışla bağlı olub”. 
Həmin görüntüləri təqdim edirik:  
<iframe src="https://player.baku.tv/embed/16681" width="560" height="315" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="">