Xəbər lenti

Məzahir Pənahovun qardaşına vəzifə verildi
Ölkə09:07 03.11.2013

Məzahir Pənahovun qardaşına vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mahir Pənahov rəis müavini təyin olunub 

9 oktyabr seçkilərindən sonra mətbuatda ən çox adı hallananlardan biri də MSK sədri Məzahir Pənahov oldu. Şəffaf və demokratik seçkilərin vazkeçilməz aktoru olan M. Pənahovun hətta cəzalandırılacağı xəbəri də yayılmağa başlamışdı. Ancaq proqnozlara rəğmən onun cəzalandırılması deyil, mükafatlandırılması barədə xəbər əldə etmişik.

Qaynar.info xəbər verir ki, Moderator.az-a daxil olan məlumata görə MSK sədrinin qardaşı Mahir Pənahov Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəis müavini təyin olunub.

Qaynar.info