Microsoft Corp-un səhmləri rekord səviyyəni yeniləyib - süni intellekt perspektivləri ətrafında bazar nikbinliyi texnologiya nəhənginə 2,59 trilyon dollarlıq yeni rekord bazar kapitallaşmasına çatmağa kömək edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Moscow Times” Reuters-ə istinadən
yazır.
Cümə axşamı şirkətin səhmləri 3,2% bahalaşaraq bir səhm üçün 348,10 dollar olub. İlin əvvəlindən səhmlər 45%-dən çox bahalaşıb.
Nizami Bağırov