Ekonomiks 15:07 14.12.2023

MİDA-dakı 300 min manatlıq qalmaqalla bağlı məhkəmə başlayır

Özünü informasiya texnologiyaları üzrə mütəxəssis kimi təqdim edərək vətəndaşları Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) tikdiyi binalardan asanlıqla mənzil ala biləcəyinə inandırıb, pullarını mənimsəməkdə ittiham edilən Mahir Rəsulovun məhkəməsi başlayır. 

Qaynarinfo xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Telman Hüseynov iş üzrə hakim təyin edilib. 

Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Mahir Rəsulovun cinayət işi üzrə 38 nəfər zərərçəkmiş qismində tanınıb. Vətəndaşlara dəymiş zərərin 300 min manata yaxın olduğu iddia edilir. 

Mahir Rəsulov Türkiyəyə qaçmaq istəsə də, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. 

Seyid