Ekonomiks 13:48 22.10.2023

MİDA-nın 80 milyonluq tenderlərini bu şirkətlər uddu (SİYAHI)

Mənzil İnşaatı Dövlət Agentliyinin keçirdiyi 10 tender müsabiqəsinin qalibləri açıqlanıb.

Tenderlərin ümumi məbləği 79 milyon 621 min 521 manat 63 qəpik edir.

Belə ki, MİDA "Amal Group” MMC-yə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 13, 14, 15 nömrəli çoxmənzilli yaşayış binalarının və 80 yerlik uşaq bağçasının tikintisinə görə 12 milyon 418 min 246 manat ödəyəcək. Qurucu MMC-yə Binəqədi yaşayış kompleksində ərazinin tikintiyə hazırlanması, şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma və ərazinin yaşıllaşdırılmasına görə 6 milyon 914 min 602 manat 8 qəpik ödəyəcək.

AR FHN TTN Dövlət Agentliyi "Azər Dövlət Layihə” DBLİ-yə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksinin tikinti layihəsinə əlavə və dəyişikliklərə görə 100 min 590 manat 39 qəpik ödəyəcək.

"Enerji Qrup” MMC-yə Binəqədi yaşayış kompleksində sahəxarici və sahədaxili elektrik enerjisi təminatına görə 10 milyon 389 min 712 manat ödəyəcək.

"Yar İnşaat Təmir-Tikinti” MMC, "DDlar İnşaat” QSC konsorsiuma Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 16, 17, 18 və 19 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə görə 13 milyon 602 min 415 manat 8 qəpik ödəyəcək.

"RF İnşaat" MMC-yə Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsində yerləşən 1,5 ha torpaq sahəsində və Sumqayıt şəhəri, M.Hüseynzadə adına şəhər stadionunun şimal-şərqində 2,0 ha ərazidə inşa olunan çoxmənzilli yaşayış binalarında mənzillər üçün su sayğaclarının alınıb quraşdırılmasına görə 210 min 930 manat 9 qəpik ödəyəcək.

"Katri” MMC-yə Füzuli şəhərində 8,90 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində daldalanacaqların tikintisi işlərinin satın alınmasına görə 1 milyon 289 min 745 manat ödəyəcək.

"Buz Tech" MMC-yə İnformasiya texnologiyaları avadanlıqlarının satınalınmasına görə 187 min 820 manat 60 qəpik ödəyəcək.

"HN Construction” QSC-yə Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 20, 21, 22, 23, 24 və 25 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə görə 20 milyon 925 min 122 manat 58 qəpik ödəyəcək.

"DDlar İnşaat” QSC, "Araz İnşaatçı” MMC konsorsiuma Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən 8,11 ha torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar 1, 2, 3 və 4 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisinə görə 13 milyon 582 min 337 manat ödəyəcək.

Mənbə: Yeniavaz.com