Xəbər lenti

Ümidlərimi Ədil kişi apardı...
Ölkə12:23 12.03.2013

Ümidlərimi Ədil kişi apardı...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Elnaz Eyvazlı

Müharibə... Necə də dəhşətlidir... Ona görəyox ki, adamlar ölür, şəhərlər dağılır müharibədə... Ona görə ki,arzular ölür. Bir adamın ürəyində hələ də gerçəkləşməmiş saysız-hesabsızarzu... Bilirsən nə böyük fəlakətdir bu?!

Məktəbibitirməmişdim müharibə başlayanda... Döyüş bölgəsi, qanlı səngərlərbizdən eeeyyyyy, gör nə qədər uzaqdı. Burnuma hey qan iyi gəlirdi onda.Gecələr gözlərimə yuxu getməz, özümü gah səngərdə, gah əsgərhospitalında, gah da düşmən əsirliyində təsəvvür edəndə büzüşüb yumağadönərdim yorğanın altında. Çox qəribədir, həm çox qorxur, həm də heçqorxmurdum...

Bizim də qəsəbəyə məcburiköçkünlər gəlmişdi. Heç əslində, indi də bilmirəm onlara köçkünmü,qaçqınmı deyək. Bəlkə də, heç birini. Adam öz yurdunda, öz elində, özvətənində qaçqınmı olar?..

O qanlı-qadalıillərdə məktəbi bitirdim, ali məktəbə qəbul oldum. Ancaq müharibə davamedir, qaydasız döyüşlər gedirdi... Onda bütün qaydalar dəyişmişdi, ölkəqanunlarla yox, qaydalarla idarə olunurdu...

Ədilkişini də onda tanıdım. O qanlı-qadalı illərdə... Şuşadan idi Ədilkişi, ancaq Tərtərdə yaşayırdı. Bəli, şuşalı Ədil kişi çox abırlı,ağırtəbiət, nurani adam idi. Qonşumuzun bacısının qayınatası idi.Bizimlə yanaşı binada ev kirayələmiş, oğlu, gəlini, nəvələri ilə orasığınmışdı. Sanki qəribliyin təhdidlərindən bezən bu nurani kişitanhalığını nəvəsi ilə unudur, hər axşam onun əlindən tutub xalasıgiləgətirirdi.

Həmin vaxtlar universitet qəzetindəşeirlərim çap olunurdu. Qonşumuz da şeiri çox sevdiyindən bizə gələndəqəzetləri aparıb oxuyurdu. Ədil kişi savadlı, təhsilli adam idi. Bir günyenə qonşumuzgilə gələndə qəzetlərin birində mənim “Şuşa” şeirimioxuyur. Ağlayır. Deyir məni bu qızla görüşdürün.

Şəhərdə qalırdım, evimizə şənbə günləri gəlirdim. Qonşu zəng elədi ki, Ədil kişi bizdədir, gəl bizə.

Getdim.Gördüm ki, kişi oturub gözləyir. Diqqətimi ilk çəkən onun damarlarıgörünən əlləri, qoca barmaqları oldu. Bu əllər illərin sinağından keçibgəlmişdi, üstündəki qabarları da zəhmətin səhifələnmiş tarixi idisanki...

Gözlərinin dərinliyində elə bir kədərvardı ki, elə bil qaçqınlığın, köçkünlüyün, qapılarda qalmağındüsturunu köçürmüşdü bəbəklərinə... Ev-eşiyini, imarətini,bağını-bağatını qoyub çıxmağa məcbur olan bu adamın bu şoran yerdə necəqərar tutduğunu təsəvvür etmək belə adamın ürəyini sıxırdı.

Bir müddət gözərini yerə dikib durdu. Sonra aram-aram:

- Sən Şuşada olmusan, qızım? - dedi.
- Xeyr, heç vaxt.
-Bəs bu şeiri niyə belə yazmısan?! – gözlərini qaldırıb üzümə, düzgözlərimin içinə baxdı. Başımı aşağı saldım. Gözlərim yaşardı,dodaqlarım səyridi. Həmişə Şuşadan söz düşəndə olduğu kimi...
-Söz verirəm. Şuşa geri alınsın, səni Şuşaya aparacağam. Əlindən tutubqarış-qarış gəzdirəcəyəm Şuşanı. "Qoy hələ bir alınsın", - deyəyaylığını çıxarıb gözlərini sildi.

Sonra Ədil kişi ailəsini də yığıb yenidən Tərtərə qayıtdı. O vaxtlar Tərtəri zülmlə də olsa saxladılar, vermədilər...

Ovaxtdan illər keçib. Həmişə ümid edirdim ki, Şuşa alınan kimi mən Ədilkişiyə qoşulub qarış-qarış gəzəcəyəm Şuşanı. Elə ümid edirdim, eləgözləyirdim ki...

Ədil kişi ilə öldü. Bunuqonşumuzdan eşitdim. Bunu eşidəndə ağladım, ancaq bilmədim kimə - Ədilkişiyə, yoxsa Şuşaya... Sanki Ədil kişi yox, ümidlərim ölmüşdü...

Bəlkə də, Ədil kişi bizim acığımıza Şuşa həsrətini bağrına basıb torpağın altına apardı, elə mənim ümidlərimi də...