Xəbər lenti

Ölkə 13:54 13.11.2023

Mikayıl Cabbarov: "Holdinqdəki 12 şirkətdən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir"

"Qarşıdakı digər mühüm vəzifə dövlət şirkətlərinin fəaliyyətini yenidən qurmaqla onların fəaliyyətinin səmərəsini artırmaq və dövlət büdcəsinə dividend ödənişinin edilməsini aşılamaqdır."

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. 

Nazir qeyd edib ki, əsas vəzifəmiz iqtisadiyyatda yüksək əlavə dəyər yaradan və başlıca olaraq özəl sektorda cəmləşmiş fəaliyyət sahələrində təşviq və yeni stiumullaşdırma alətlərinin geniş tətbiqini təmin etməkdir:

"Bu da artıq dövlət büdcəsində öz əksini tapır. Bu, İnvestisiya Holdinqinin yaradılması ilə dövlət şirkətlərinin fəaliyyətində əldə olunmuş nəticələrlə köklü bağlıdır. Təsadüfi deyil ki, ötən il Holdinqə daxil olan 12 şirkətdən artıq 8-i dividend ödəmək qabiliyyətinə malikdir. Həmin şriktələrin ötən il cəmi əməliyyat mənfəətliliyi 15 milyard manatı keçib. Hansı ki, bu göstərici 2020-ci ildə 4-5 milyard manat ətrafında olub. Gələn ilin dövlət büdcəsində SOCAR üzrə əhəmiyyətli dərəcədə dividend ödənişi nəzərdə tutulub".
 
Qafqaz Rafiqoğlu

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?