Xəbər lenti

Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi
Ölkə10:02 11.12.2013

Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mikayıl Cabbarov keçmiş təhsil naziri Misir Mərdanovun yaxın adamı kimi tanınan, keçmiş nazirin köməkçisi funksiyasını yerinə yetirən Afiq Əzizova yeni vəzifə verib.

AzNews.az xəbər verir ki, A.Əzizov Bakı Şəhəri üzrə Təhsil İdarəsində məktəbdənkənar təhsil sektorunun müdiri vəzifəsinə təyin edilib. BŞTİ yarandığı müddətdən bəri həmin vəzifəni tutan Qənirə Sultanova isə sektorda böyük məsləhətçi vəzifəsinə təyinat alıb. 

Qeyd edək ki, A.Əzizov Misir Mərdanova yaxın adam kimi tanınıb. O, hətta keçmiş nazirin 3 cildlik “Azərbaycanın təhsil tarixi” kitabında da buraxılışa məsul olub. 33 yaşlı A.Əzizov Azərbaycan Dövlət Neft Akademiyası, daha sonra isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. İxtisasca menecmentdir.

Qaynar.info