Xəbər lenti

Mikayıl Cabbarovdan məktəbəhazırlıq qrupları ilə bağlı ƏMR
Ölkə09:15 17.09.2016

Mikayıl Cabbarovdan məktəbəhazırlıq qrupları ilə bağlı ƏMR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupları üçün 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planı təsdiq edilib. 
Qaynarinfo.Az APA-ya istinadən xəbər verir ki, əmrdə bildirlib ki, dövlәt ümumtәhsil mәktәblәrindә yaradılmış mәktәbәhazırlıq qruplarına 5 yaşı hәmin il tamam olan uşaqlar qәbul edilirlәr.
 
Mәktәbәhazırlıq qruplarında uşaqların sıxlığı qәsәbә vә kәndlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 10 uşaq,  şәhәrlәrdә yerlәşәn ümumtәhsil mәktәblәri üçün - әn azı 15 uşaq səviyyəsində müәyyәnlәşdirilib. Dövlәt ümumtәhsil mәktәblәrindә yaradılan mәktәbәhazırlıq qrupunda uşaqların sayının 30 nәfәrdәn artıq olmasına yol verilmir. Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr oktyabrın 1-dә başlayır vә mayın 31-dә başa çatır. Mәktәbәhazırlıq mәşğәlәlәri hәftәdә 4 (dörd) gün keçilir. Bir gün әrzindә 3 (üç) mәşğәlә tәdris olunur.
 
Mәktәbәhazırlıq qruplarında mәşğәlәlәr yalnız ibtidai sinif müәllimi ixtisaslı vә müәyyәn iş tәcrübәsinә malik müәllim tәrәfindәn aparılır. Mәktәbәhazırlıq qruplarında dәrs ili iki yarımilә bölünür: - I yarımil: 1 oktyabr-26 yanvar; - II yarımil: 1 fevral-31 may. Dәrs ili әrzindә aşağıdakı tәtillәr müәyyәn olunur: - 5 gün payız tәtili (16-20 noyabr); - 5 gün qış tәtili (27-31 yanvar); - 5 gün әlavә tәtil (1-5 may).

Qaynarinfo.Az