Xəbər lenti

Mikayıl Mirzənin öldürülən qardaşı oğluyla bağlı açıqlama
Ölkə14:56 28.03.2015

Mikayıl Mirzənin öldürülən qardaşı oğluyla bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Qətlə yetirilən Mahir Mirzəyevin ölümü ilə bağlı araşdırma bu dəqiqələrdə davam etdirilir”. Bu sözləri aznews.az-a açıqlamasında Ağsu Rayon Polis Şöbəsindən polis mayori Vaqif Şirinov deyib.
Onun sözlərinə görə, hadisəni kimin törətdiyi bilinmir, hazırda onun axtarışı davam edir: “Yəqin həmin şəxsin kimliyi 1-2 saat ərzində bəlli olacaq. Araşdırma rayon prokuroru tərəfindən aparılır”. 
Qeyd edək ki, xalq artisti, mərhum Mikayıl Mirzənin qardaşı oğlu, Ağsu şəhər sakini, 1961-ci il təvəllüdlü Mahir Ağamehdi oğlu Mirzəyev naməlum şəxs tərəfindən ov tüfəngindən açılan atəş nəticəsində dünyasını dəyişib. 
Ağsu aşırımında yerləşən “Ata Yurdu” restoranının sahibi qarın, boğaz, baş və ürək nahiyəsindən xəsarət alıb.
Qaynar.info