Xəbər lenti

Mikroavtobusla “Kamaz” toqquşdu, 15 yarlı var - Qubada dəhşətli qəza
Ölkə13:36 29.03.2016

Mikroavtobusla “Kamaz” toqquşdu, 15 yarlı var - Qubada dəhşətli qəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qubada sərnişin avtobusu yük maşını ilə toqquşub. Qaynar.info anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Qaraçay kəndi ərazisində qeydə alınıb.
Rayon mərkəzi - Küçeyi kəndi istiqamətində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan 1950-ci il təvəllüdlü Sayəddin Beyrut oğlu İmaniyevin idarə etdiyi "PAZ" markalı avtobusla 1969-cu il təvəllüdlü Səsahəd Ataxan oğlu Qaraxanovun idarə etdiyi 10 -ZG - 578 dövlət nömrə nişanlı yük maşını toqquşub. Qəza zamanı avtobusda olan 15 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ancaq onların xəsarətləri yüngül olduğundan heç kim xəstəxanaya müraciət etməyib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.
Qəzaya ilkin ehtimal yolun sürüşkən olması göstərilir.
Qaynar.info