Xəbər lenti

Milimizin üç futbolçusu koronavirusa yoluxdu, oyun təxirə salındı
İdman07:48 06.10.2021

Milimizin üç futbolçusu koronavirusa yoluxdu, oyun təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Belçikada səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, "Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib.
Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün millinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək. 
Məsələ ilə bağlı əlavə məlumat veriləcək.