
Millət vəkili Aydın Mirzəzadə videoportallarda Azərbaycan mahnısına qarşı biganəlikdən gileylənib.
"Qaynar" xəbər verir ki, deputat bu barədə öz şəxsi "Facebook" hesabında yazıb:
"Vaxtaşırı "Youtube"də Azərbaycanın adı tarixə düşmüş müğənnilərinin ifasını dinləyir, hansısa bir xalq mahnısını ayrı-ayrı ifaçıların ifasında qulaq asmağı xoşlayıram. Təəssüf edirəm ki, bir qrup xanəndə və müğənnilərimizi çıxmaq şərti ilə bir çox manılarımızın ( o cümlədən xalq manılarımız da ) baxılma rəqəmi bir neçə mini keçmir. Müqayisə üçün Cenifer Lopesin bir mahnısı 1 milyard dəfə izlənilib. 60 milyon nəfərlik bir xalqın mahnılarının çox az sayda izlənməsi heç də müsbət nəticə sayıla bilməz. Mədəniyyətimizi ilk növbədə dəstəkləməklə tanıda bilərik".
Qaynar.Az