Xəbər lenti

Millət vəkili: “QHT-lər fəaliyyətinə icazə verilən sahələr siyahısına salınmalıdır”
Ekonomiks06:40 15.12.2020

Millət vəkili: “QHT-lər fəaliyyətinə icazə verilən sahələr siyahısına salınmalıdır”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilən sahələrin siyahısına yenidən baxması və pandemiyaya qarşı mübarizədə vacib institut olan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verməsi məqsədəuyğundur".
Qaynarinfo xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib. O, sərt karantin dövründə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə icazə verilmədiyini bildirib:
"İki gündür ölkəmizdə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiqinə başlanılıb. Xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin sayı məhdudlaşdırılıb. Fəaliyyətinə icazə verilməyəcək qurumlardan biri də qeyri-hökumət təşkilatlarıdır. Belə ki, qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyət kodu icazə verilən fəaliyyətlər siyahısına daxil edilməyib. Kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatlarının eyni kateqoriyaya daxil olmasına baxmayaraq, QHT-lər sərt karantin dövründə fəaliyyətlərini ofis şəraitində davam etdirə bilməyəcəklər. Halbuki, pandemiyaya qarşı mübarizə yalnız inzibati deyil, eyni zamanda digər metodlar ilə də sistemli və paralel şəkildə aparılmalıdır".
Vüqar Bayramovun fikrincə, təbliğat və maarifləndirici işlərin və hətta ictimai nəzarətin səmərəliliyi birbaşa qeyri-hökumət təşkilatlarının aktiv fəaliyyətindən aslıdır:
"Digər tərəfdən bu sektorda çalışanların sayı da çox olmadığı üçün fəaliyyətə icazə epidomoloji vəziyyətə xüsusi təsir etməyəcək".
Bahar Rüstəmli