Xəbər lenti

Millət vəkili: "Tofiq Yaqublu dövləti dağıdıb?"
Ölkə08:54 15.02.2013

Millət vəkili: "Tofiq Yaqublu dövləti dağıdıb?"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin iclasında deputat Sabir Rüstəmxanlı məmur özbaşınalıqları ilə bağlı dövlət başçısının çıxışını dəstəkləyərək bu məslədə cidid problemlərin olduğunu vurğulayıb.

Modern.az-ın məlumatına görə, deputat bildirib ki, məhkəmə hakimiyyəti ilə bağlı həll ediləsi məsələlər var. “Biz müxtəlif məsələlərlə bağlı məhkəmələrə müraciət edirik. Onlar deputat sorğularına belə cavab vermirlər”.

Daha sonra Müsavat başqanının müavini Tofiq Yaqublunun həbsini qəti pisləyən deputat əsəbi halda bildirib: “Bu necə olur? Atasını tutublar. Qızını yol qəzasına görə həbs ediblər.. Ata-bala tutulub. Bu nə deməkdir? Onun balaca qızı gəlib atası üçün imza yığmağa. Adamın ürəyi ağrıyır. Onlar nə ediblər axı? Dövləti dağıdıblar? Buna diqqət yetirmək alzmdır”-deyə S. Rüstəmxanlı vurğulayıb.

Qaynar.info