Xəbər lenti

Millətlər Kuboku: Teymur Rəcəbov rusiyalı şahmatçıya uduzdu
İdman18:50 06.05.2020

Millətlər Kuboku: Teymur Rəcəbov rusiyalı şahmatçıya uduzdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Teymur Rəcəbov Onlayn Millətlər Kubokunda bu gün ikinci görüşünü keçirib.
Qaynarinfo-nun məlumatına görə, azərbaycanlı qrossmeyster bu dəfə rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayıb.
Qara fiqurlarla oynayan 33 yaşlı şahmatçı rəqibinə uduzub. Bu, onun turnirdəki ilk məğlubiyyəti olub.
T.Rəcəbovun yer aldığı dünya yığması isə bu gün keçirdiyi hər iki görüşü məğlubiyyətlə başa vurub. Əvvəlcə ABŞ-a uduzan komanda, ardınca Rusiya ilə bacarmayıb.
Qeyd edək ki, dünya yığması sabah Avropa və Çin komandaları ilə qarşılaşacaq. 
Onlayn Millətlər Kuboku
III tur
ABŞ - Dünya yığması 2,5:1,5
Hikaru Nakamura - Teymur Rəcəbov 0,5:0,5
Peres Dominges - Alireza Firuzca 0,5:0,5
Uesli So - Bassem Amin 0,5:0,5
İrina Kruş - Dinara Saduakasova 1:0
IV tur
Rusiya - Dünya yığması 3:1
Yan Nepomnyaşi - Teymur Rəcəbov 1:0
Vladislav Artemyev - Alireza Firuzca 0,5:0,5
Sergey Karyakin - Xorxe Kori 1:0
Olqa Qirya - Mariya Muzıçuk 0,5:0,5