Xəbər lenti

Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırıldı
Ekonomiks15:42 26.12.2018

Milli Depozit Mərkəzinin rəhbərliyi yenidən formalaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının növbədənkənar iclası keçirilib.
Qaynarinfo MDM-ə istinadən xəbər verir ki, iclasda qurumun yeni tərkibdə İdarə Heyəti (İH) formalaşdırılıb.
Belə ki, indiyə qədər İH-nın sədri vəzifəsini icra edən Araz İsmayıl oğlu Əliyev sədr vəzifəsinə, İH-nın üzvü vəzifəsini icra edən Leyla Xıdırnəbi qızı Qaralova isə üzv vəzifəsinə təsdiqlənib.
Bundan başqa, indiyə qədər İH-nın üzvü vəzifəsini icra edən Vasif Oqtay oğlu Səlimov və İlqar Məhərrəm oğlu Qurbanov MDM-in rəhbərliyindən kənarlaşdırılıb, onların yerinə Müşfik Razik oğlu Əhmədli İH-nə yeni üzv seçilib.