Xəbər lenti

Milli futbolçu komandanın toplanışına aparılmadı – Koronavirusa görə
İdman06:43 09.02.2020

Milli futbolçu komandanın toplanışına aparılmadı – Koronavirusa görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İngiltərənin "Mançester Yunayted” klubunun yeni transferi Odion İqalo komandanın İspaniyadakı toplanışından kənarda qalıb.
Qaynarinfo xəbər verir ki, İqalo koronavirus səbəbindən İspaniyaya aparılmayıb. Bu barədə komandanın baş məşqçisi Ole-Qunnar Sulşer klubun rəsmi saytına açıqlamasında bildirib. 
O, bildirib ki, son olaraq Çinin "Şanxay Şenxua” klubunda forma geymiş İqalonun İngiltərədən çıxacağı halda, təkrar geri qayıdacağı zaman koronavirus səbəbiylə ölkəyə girişində problem yaranacaq. Buna görə də futbolçunun İngiltərədə qalmağı məsləhət görülüb. 
Qeyd edək ki, "Mançester Yunayted” nigeriyalı futbolçunu "Şanxay Şenxua” klubununda mövsümün sonuna qədər icarəyə götürüb.
Xatırladaq ki,  Nigeriya millisinin hücumçusu olan Odion İqalo 2017-ci ildən karyerasını Çində davam etdirir. O, 2017-2019-ci illərdə "Çançun Yatay" klubunun şərəfini qoruyub. 2019-cu ildən isə  "Şanxay Şenxua”ya transfer edilib. 
Röya