Xəbər lenti

Milli komandamız elit mərhələdə
İdman05:29 29.10.2014

Milli komandamız elit mərhələdə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimizi kimi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan yığması dünən son oyununu keçirib. Bosniya və Hersoqovina millisi ilə qarşılaşan Mirbağır İsayevin yetirmələri qələbə qazana bilməyib - 1:1.
Hər iki komandanın xalları və top fərqi eyni (3:5) olduğundan ikinci yerini sahibini müəyyənləşdirmək üçün penalti seriyası keçirilib. Bu zaman bosniyalılar daha dəqiq olub - 4:3.
Qaynar.info xəbər verir ki, məğlubiyyətə baxmayaraq millimiz elit mərhələyə vəsiqə qazanıb. Belə ki, komandamız ən yaxşı III yeri tutan 5 komandadan biri olub və mərhələ adlayıb.
Millimizdən başqa Ukrayna, Uels, İsrail və Şimali İrlandiya da ən yaxşı III yerin sahibləri kimi elit mərhələyə çıxıb.
Qaynar.info