Xəbər lenti

Milli komandamıza baş məşqçi təyin olundu
İdman05:50 03.03.2022

Milli komandamıza baş məşqçi təyin olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Boks üzrə gənclərdən ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.
Azərbaycan Boks Federasiyasının (ABF) Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, ABF-nin qərarı ilə bu vəzifə Elbrus Rzayevə həvalə edilib.
Bunadək qadınlardan ibarət yığmada baş məşqçi vəzifəsini yerinə yetirən mütəxəssis bu gündən işinin icrasına başlayacaq.
Onun ilk sınağı 10 - 22 apreldə Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına təsadüf edəcək. Yarışa hazırlıq məqsədilə komanda bugünlərdə təlim-məşq toplanışına başlayacaq.