Xəbər lenti

Milli komandamızın üç futbolçusu koronavirusa yoluxdu
İdman11:25 05.10.2021

Milli komandamızın üç futbolçusu koronavirusa yoluxdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun koronavirus testi pozitiv nəticələnib.
Qaynarinfo AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həmzəalı Mikayılov (müdafiəçi, "Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, "Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, "Qarabağ”) bu səbəbdən seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.
U-17 millimiz AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.