Xəbər lenti

Milli Məclis 14 məsələni müzakirəyə çıxardır
Ölkə13:44 24.01.2014

Milli Məclis 14 məsələni müzakirəyə çıxardır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Fevralın 3-də keçiriləcək Milli Məclisin yaz sessiyasının ilk iclasına 14 məsələ daxildir.

Bu haqda Modern.az saytına açıqlama verən millət vəkili Zahid Oruc bildirib ki, ilkin olaraq həm İntizam, həm Hesablayıcı komissiyanın tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılacaq.

“O cümlədən yaz sessiyasının qanunvericilik işlər planına bəzi təkliflər də daxildir. Həmçinin müxtəlif hökümətlər – Peru, İsrail, Türkiyə hökumətləri arasında müxtəlif xarakterli saziş layihələrinin ratifikasiyası, “Heydər Əliyev ordeninin təsis edilməsi haqqında” qanun layihəsinə əlavə və dəyişiklər, Cinayət Prosessual Məcəlləsinə əlavə və dəyişiklər, Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklər edilməsi müzakirə olunacaq”.

Qaynar.info