Xəbər lenti

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqlədi
Ekonomiks 11:22 05.12.2023

Milli Məclis gələn ilin dövlət büdcəsini təsdiqlədi

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi III oxunuşda qəbul olunub.

Qaynarinfo xəbər verir ki, layihə  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili tərəfindən təqdim edilib.
 
2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində olacaq.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->