Xəbər lenti

Milli Məclisdə ödəniş müqabilində hərbi xidmət müddətinin azaldılması təklif olundu
Ölkə08:20 01.02.2024

Milli Məclisdə ödəniş müqabilində hərbi xidmət müddətinin azaldılması təklif olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Ölkəmizdə hərbi xidmətdən keçmə qaydalarına dəyişiklik edilə, büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnur Allahverdiyev deyib.
Deputat qeyd edib ki, hərbi xidmətə çağırışla bağlı bir sıra müddətlər qardaş Türkiyədə tətbiq edilir: 
"Bizdə də buna gedilə bilər. Bizdə hərbi xidmət 1,5 il və ali təhsillilər üçün 1 il müəyyən edilib. Büdcəyə müəyyən vəsait ödəməklə bu müddət azaldıla bilər. Burada ilk növbədə gənclərin təhsil məsələsinə diqqət artırıla bilər. Gənclərin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul olunub. Onıarın savadlı kadr olaraq yetişdirilməsi dövlətin vəzifələrindən biridir. Ancaq ali təhsil almış və 1 il hərbi xidmət keçən şəxslər yenidən təhsilə qayıdanda adaptasiya problemi yaşayırlar. Buna görə də bu dəyişikliyə gedə bilərik. Hesab edirəm ki, belə dəyişiklik həyata keçirilərsə, zamanında mövcud olmuş hərbi kafedraların ali məktəblərdə bərpasına baxıla bilər".
Qafqaz Rafiqoğlu