Xəbər lenti

Milli Məclisdə Rafael Cəbrayılovun məsələsinə baxılacaq
Ölkə15:12 26.09.2019

Milli Məclisdə Rafael Cəbrayılovun məsələsinə baxılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın günlərdə Milli Məclisin İntizam Komissiyasının iclası keçiriləcək”.
Qaynarinfo xəbər verir ki, bunu apa-ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyev deyib.
O bildirib ki, İntizam Komissiyasının 9 üzvü var: "Həmin üzvlər bir araya gəldikdən sonra yaxın günlərdə İntizam Komissiyasının iclası keçirləcək. Komissiyasının iclasında deputat Rafael Cəbrayılovun deputat vəsiqəsini girov qoyması məsələsi müzakirə olunacaq”.