Xəbər lenti

Milli Məclisdə yeni qanun layihəsi hazırlanır
Ölkə19:23 25.03.2013

Milli Məclisdə yeni qanun layihəsi hazırlanır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisdə Milli Qəhrəman statusunun hansı meyarlara, şəraitə və məkana əsasən verilməsi, eyni zamanda bu statusu alanlarla bağlı yeni xüsusi mükəlləfiyyətlərin müəyyənləşməsi ilə bağlı “Milli Qəhrəmanlar haqqında” qanun layihəsi hazırlanır.

Milli Qəhrəmanları Tanıtım İctimai Birliyinin rəhbəri Elşən Uluxanlı bildirib ki, Milli qəhrəmanlar üçün 600 manat məbləğində müavinət nəzərdə tutulub. Elşən Uluxanlı qeyd edib ki, onlar və ailələri başqa heç bir əlavə imtiyaza malik deyillər: “Milli Qəhrəmanlar haqqında” hazırlanan yeni qanun layihəsində isə bu statusu almış şəxslərin övladlarının istənilən ali təhsil müəssisəsində təhsil haqlarının dövlət tərəfindən ödəniləcəyi nəzərdə tutulub”.